YAP illik maliyyə hesabatını MSK-ya təqdim edib

img

31-01-2018 [12:40]


Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2017-cı il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

MSK sədrinin müavini Natiq Məmmədov "Report”a açıqlamasında deyib ki, bu il Mərkəzi Seçki Komissiyasına 2017-cı il üzrə maliyyə hesabatını iki partiya təqdim edib: "Bunlardan biri Yeni Azərbaycan Partiyası, digəri isə Azərbaycan Naminə Alyans Partiyasıdır. YAP əvvəlki illərdə olduğu kimi, bu il də maliyyə hesabatını digər partiyalardan öncə təqdim edib. Burada əsas məsələlərdən biri də maliyyə hesabatlarının daha keyfiyyətli təqdim olunmasıdır”.

N.Məmmədov qeyd edib ki, maliiyyə hesabatlarının təqdim edilməsinin müddət aprelin 1-də bitir: "Həmin vaxta qədər siyasi partiyalar illik maliyyə hesabatlarını MSK-ya təqdim etməlidirlər”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 45-i 2016-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 10 partiya – Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Tərəqqi Partiyası, Milli Qurtuluş Partiyası hesabat verməyib. Həmin partiyalar barəsində hər hansı cəza tədbiri görülməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR