Şriftin ölçüsü / 239 dəfə oxunub

“Azəristiliktəchizat” borclu vətəndaşları məhkəməyə verir

31 Yanvar 2018 [12:23]
"Azəristiliktəchizat”a istilik borcunu ödəməyən vətəndaşları məhkəməyə verəcək.

Bu barədə Modern.az-a "Azəristiliktəchizat” ASC abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib. Qurum rəsmisi deyib ki, bəzi abonentlər məsuliyyətsizlik edirlər:

"Girişin bütün mənzilləri ümumi xidmətdə olduğundan düşünürlər ki, onsuz da "bir nəfərə görə binanın istiliyini dayandırmazlar”.

Hazırda statistika aparırıq. Hansı binalarda ki, ödəniş etməyən abonentlər çoxdur, həmin binaya xəbərdaredici məlumat veririk. Vətəndaş onsuz da istifadə etdiyi suyun pulunu ödəyir. Heç kim qabaqcadan supulu vermir. Xəbərdarlığa rəğmən ödəniş etməyənlərin ya istilik təchizatı dayandırılacaq, ya da məhkəməyə veriləcək”.

R.Əliyev deyib ki, 2017-ci ilin yekunlarına görə əhali istehlakçılarından yığıma görə göstəricilər 90 faiz təşkil edib:

"Ümumilikdə borclular çox deyil. Amma ödəniş etməklə arası olmayan, məsuliyyətsiz abonentlərimiz də var. Ona görə məcburuq ki, xəbərdarlıq edək. Abonentlərimizin ən çoxu 100-200 manat borcu olur”.

Qurum rəsmisinin sözlərinə görə, qeyri-əhali qrupunun ödənişlərində problem yoxdur: 
"Onlar büdcə təşkilatlarıdır və nəzərdə tutulan müqavilə üzrə ödəniş edirlər”.



SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...