Şriftin ölçüsü / 270 dəfə oxunub

Tanınmış jurnalistin evi qarət olundu - Foto

31 Yanvar 2018 [10:55]

Tanınmış jurnalist Ağanisə Sultanovanın evi qarət olunub.

Hadisə yanvarın 30-da axşam saatlarında baş verib. Jurnalistin bildirdiyinə görə, oğrular evdən ona məxsus pul və qızıl əşyalarını oğurlayıb:

"Bu gün saat 8-ə işləyəndə evə gəldim. Qapının tutacağı, qıfılı sındırılmışdı. Amma bağlı idi. Polislər gələndən sonra qapı açıldı. Evin altı üstünə çevrilmişdi. Divar, dolabın üstü qan idi. Qızıl, zinət əşyası taxmağı sevmədiyim üçün hər şey siyirmədə idi. Məni ən çox ağrıdan anamın göz əməliyyatı üçün qəpik-qəpik yığdığım pul və atamın Həcc ziyarətindən mənə gətirdiyi boyunbağının oğurlanmasıdır. Məni bütün maddi ziyanlardan çox hər dəfə aldığım mənəvi zərbələr ağrıdır”.

Jurnalistin sözlərinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.




SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...