İraqda və Suriyada 300-dən çox azərbaycanlı qadın və uşaq var

img

29-01-2018 [12:30]


İraqda və Suriyada olan 19 azərbaycanlı uşaq bu yaxınlarda Azərbaycana gətiriləcək.

Mia.az trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, onların gətirilməsi ilə bağlı texniki məsələlər artıq öz həllini tapıb.

S.Heydərovun sözlərinə görə, hazırda Suriya və İraqda 300-dən çox azərbaycanlı qadın və uşagın olması barədə məlumatlar var, ancaq bu, dəqiq rəqəm deyil: "Onların dəqiq sayının müəyyənləşdirilməsi və ölkəyə gətirilməsi istiqamətində işlər aparılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR