Dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsi narazılıq yaradır

img

27-01-2018 [13:57]


2 ili yaxındır ki, əsasən Azərbaycanın bölgələrində həyata keçirilən İibari tibbi sığorta prosesi Bakıda hələki öz tədbiqini tapmadan artıq paytaxtın bir necə iri dövlət tibb müəssəsinin publik hüquqi şəxsə çevrilməsi öz fəsadlarını verməkdədir. 

Belə ki, bir neçə millyonluq əhalisi olan Bakı kimi şəhərin əsas tibb mərkəzlərində artıq qapıdan içəri girərkən "Biz artıq özəl tibb müəssisəsiyik və bütün müalicələr bizdə pulludur" sözünü eşitdikdən sonra müalicə almağa yer tapmadığı üüün komissiyamıza vətandaşlardan şikayətlər daxil olmaqdadır. Tibbi siğorta məsələsi gözəl praktikadır, amma hal hazırda bu praktika tam işlənib tədbiq olunmadan dövlətin milyonlarla sərmaye qoyduğu bina, avadanlıq, personalla təhciz olunan bir müəssisəsi özəl əllərə verilməsi nəqədər düzgündür?! 

Gəlin, bir məsələni unutmayaq ki, bu sərmayə, bu pullar Səhiyyə Nazirliyinin yox, vergi ödəyicisi olan uzun illər bu ölkənin sənayesində, onun keşiyində can qoyan insanlarındır. Bu gün də, mən sadə istehlakçılar adından birdirmək istəyirəm ki, Tibbi sigorta tam formada tədbiq olunmadan böyük tibb ocaqlarının təsərrüfat hesabına (faktiki olaraq özəlləşdirilməsi) yol verilməzdir. 

Belə ki, bu gün dövlətin tibb müəssələrinə son ümüd yeri kimi baxan az təminatlı ailələr, müharibə veteranları və onlara bərabər tutulan şəxslər vardır. Onları pulsuz tibbdən məhrum etmək Azərbaycan konstutisiyasına və insanı qanunlara ziddir. Bunlara misal olaraq son vaxtlar mətbuatda "Ag ciyər institutunda” gedən proseslərə nəzər salsaq, görərik ki, şikayətçilərin dediyinə görə, müəssisəyə yeni rəhbər təyin olan kimi dövlət hesabına tikilən, hər bir ləvazimatla təmin olun bir müəssədə isti yer ugurunda mübarizə başladı.Pulsuz sayılan tibbə yeni qiymətlər tədbiq olundu. Uzun müddət bu müəssədə calışan həkimlər hətta bir Elmlər namizəti bu müəssədən uzaqlaşdırıldı. Ziyanı isə sadə vətəndaş və bu illər ərzində bu müəssəyə sərmayə qoyan dövlət büdcəsidir. Yaxud götürək daibet xəstələrini. Azərbaycanda tibbi sığorta prosesi start veriləndən Ukrayna şirkətinin Azərbaycan nümayəndələri MDB ölkələrində qadağa olunmuş "İndar" adlı insulini Azərbaycan bazarına çıxartmaq istəyir. Bu prosesdədə güclü nəzarət olmasa, bu tip aşagı keyfiyyətli dərman preparatları bazarımıza yer alarsa, bu işdə qazanan əllərini cirkaba batırmaqdan qorxmayan işbazlar,ziyan görən isə yenəd ə Dövlət büdcəsi və sadə vətəndaş olacaq. Mən hələ bu tip məsələlərin mənəvi tərəfini demirəm. 

Hər bir insan ücün ən qiymətli olan saglamlıgı təhlükə altında olan bir zaman pənah gətirdiyi tibb müəssəsində anarxiya, biganəliklə rastlaşdığı zaman onda istər-istəməz bu şaraitə imkan verən Dövlət məmurlarına yani (İdarə rəhbərinə çevrilmiş həkim artıq problemlərə həkim kimi yox məmur kimi baxdıgından oda məmura cevrilir) Dövləti təmsil edən məmura qarşı nifrət yaranır. Bu isə artıq gələcəkdə Azərbaycanın qanunlarına istər-istəməz hörmətsizliyə təməl qoyur. 

Bu səbəbdən də biz sadə istehlakçılar adından bir daha Tibbi sığorta tam tədbiq olunmadan "Bakı sağlamlıq mərkəzi” kimi iri dövlət xəstəxanalarının özəl praktikaya keçməsini ümumi işin ziyanına oldugunu bildirərik. Bu bardə Dövlətimizin başçısı cənab Prezident İlham Əliyeva məktub imzalamışıq və bu məktub başqa QHT təşkilatları arasında yayılıb, müəyyən qədər umza topladıqdan sonra Prezident Administrasiyasına göndəriləcəkdir. 

Azad istehlakcılar İçtimai Birliyinin nəznində yaradılmış "Tibbi müayinə, müalicə eləcə də profilaktik və bərpa iştirakcı hüquqların müdafiəsi komissiyası"nın rəhbəri Rəhmanov Əhməd Fazil oglu

Digər xəbərlər
SON XƏBƏRLƏR