Şriftin ölçüsü / 319 dəfə oxunub

Zakir Qaralov Rusiya Baş prokuroruna müraciət etdi

26 Yanvar 2018 [16:14]
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının Həştərxan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət edib. 

Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, müraciətdə Ü.Şamilqızının 23 yanvar 2018-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində yolu keçərkən avtomobil tərəfindən vurulması nəticəsində vəfat etməsinin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilib.

Eyni zamanda, həmin faktla bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsi tərəfindən cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına və təqsirkar şəxsin hərəkətlərinə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.



SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...