Beyləqanda orta məktəb binası yandı

img

24-01-2018 [23:15]


Beyləqanda yanğın hadisəsi qeydə alınıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb. 

Ümumi sahəsi 650 m² olan birmərtəbəli orta məktəb binasında yanğın nəticəsində 5 sinif otağının tavanı 190 m² sahədə və 2 sinif otağında olan əşyalar 52 m² sahədə yanıb.

Digər sinif otaqları yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR