24-01-2018 [20:20]
Ləman Ələşrəfqızı
Əməkdar jurnalist
****
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı bir proses olub. Baldızı ilə siğə etmək istəyən, sevdası baş tutmayınca onu bıçaqlayan Alim Süleymanov 5 il azadlıqdan məhrum edilib.
Hadisə ötən il Bakıda olub. Alim Süleymanov baldızı Yeganə İbrahimovanı inandırmağa çalışıb ki, əri öldüyü üçün o pis yola düşəcək, siğə isə onu bu pis yoldan qoruyacaq və mütləq onunla siğəyə girməlidir. Qadın etiraz edincə, baldızını bıçaqla yaralayıb. Və bu gün məhkəmə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1956-cı il təvəllüdlü Alimi… adam olmağa göndərib.
Əlbəttə ki, dəmir barmaqlıqlar arxasına. Alim adında nadanlar Azərbayacnda itinə tökdü. Tarixən də belə olub. Qardaş ölüb, arvadını ikinci qardaş alıb, o ölüb, üçüncü alıb. Beləcə dünyaya gələn uşaqlar həm qardaş olublar, həm əmiuşağı. Yəni, baldızı siğə elətdirmək qardaş arvadına sahiblənməkdən heç də faciəli deyil. Faciə olan bilirsiz nədir? Ötən əsrin əvvəllərində millətin bu kimi əksikliklərini satira atəşinə tutan, şeyx nəsrullahların əməllərini nəsrə-nəzmə çəkib millətin gözünü açmağa çalışan aydınlarımıza bu gün çamur atmaq.
Bəli, sözümün mustafası var. Bu günlərdə gənc yazar Ayxan Ayvaz Mirzə Ələkbər Sabiri qabağına qoyub "dərsə gedən bir uşaq” kimi danlayıb. Guya Sabirin qələmi ancaq və ancaq millətindən acıq çıxmağa hesablanıbmış. Sitat. "Demə, bütün günah xalqdaymış. Bu xalq bizi dünyada biabır edirmiş". Siataın sonu.
Ayxana Sabirdən misal gətirəcəm. Amma o misala qədər gənc dostumuza baldızını siğə elətdirmək istəyən Alimin misalını çəkirəm. Əgər Sabirdən bir əsr sonra da Azərbaycanın alimləri bu səviyyədədirsə, o zaman Sabirin günahı nədir qardaş? Gör Sabir bu millətdən nələr görüb, ciyəri necə od tutub yanıb ki, yaradıcılığının əsasını ancaq satira təşkil edib. Cəmi bircə misala- Ay nənə, bir qırmızı saqqal kişi, ağzı dualı, qoca baqqal kişi şeirinə baxaq. Uşaq vaxtı bu şeiri dəfələrlə oxumuşdum, mahiyyətini böyüyəndən sonra anladım. Bu şeirdən anlaşılır ki, əsrin əvvəllərində Azərbaycanda hər baqqal potensial uşaqbaz, hər baqqal dükanı uşaqbazlıq üçün məkan imiş.
Bir belə yaxşı kişi olmaz nənə,
Gündə verir ləbləbi, kişmiş mənə,
Söyləyir, oğlum, saba tez gəl gənə,
Qoyma qəmindən ola pamal kişi,
Ağzı dualı, qoca baqqal kişi!
Gah başımı, gah gözümü əlləyir,
Gah budumu, gah dizimi əlləyir,
Gah çənəmi, gah üzümü əlləyir,
Bir para söz də deyir ehmal, kişi,
Ağzı dualı, qoca baqqal kişi!.
Ayxanın "Buri” kitabı çıxanda təqdimatına getmişəm. "Buri” səhv etmirəmsə gürcü dilində çörək deməkdir. O çörək gözümü tutsun yalan deyirəmsə, Ayxanın bu yazısı yazı xatirinə yazı idi. Filankəs yazdı, mən qaldım prinsipi ilə yazılmış, faktdan çox, reytinqə, təhlildən çox gərəksiz təftişə hədəflənmiş bir yazı.
Bu yazıya heç cavab verməmək də olardı. Amma qələm adamlarının " düzü düz, əyrini əyri "yazmaq kimi bir müqəddəs vəzifəsi var. Böyük Mirzə Ələkbərin də vəzifəsi həmişə bu olub. Lütfən, çaşma Ayxan. Sabir üçün çox uşaqsan.
Gununsesi.info
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"