Şriftin ölçüsü / 375 dəfə oxunub

Hökumət niyə bahalaşma qərarı verdi?

23 Yanvar 2018 [14:40]

Nazirlər Kabineti bir sıra mallar üzrə aksiz dərəcəsini artırıb. Məqsəd vergi daxilolmalarını artırmaqdır. Görünən budur ki, vergi daxilolmalarında ciddi problemlər var və NK bu yolla problemi həll etmək istəyir.

Ümumi götürsək, indiki halda buna ehtiyac yox idi - neft dünya bazarında bizim hökumətin büdcədə nəzərdə tutduğu proqnozdan (45 dollar) xeyli baha qiymətə (72-73 dollar – 60 faiz bahasına) satılır. Bu məsələdə hökumət o qədər nikbindir ki, hətta dövlət investisiyalarının həcmini son 5 ildəki rekord həddə - 6 milyard dollara qədər yüksəldib. Belə olan halda benzin, tütün və alkoqollu içkilərin aksiz dərəcəsini artırmağa nə ehtiyac var idi?

Məsələ bundadır ki, hökumətin bəzəkli bəyanatlarıa baxmayaraq qeyri-neft sektoru üzə vergi daxilolmalarında çox ciddi problemlər var. Özəl şirkətlərdə kütləvi ixtisarlar, dövriyyənin azaldılması, bir çox müəssisələrin qapadılması prosesi gedir. Bu məsələdə özünü xeyli "təmkinli" aparan rəsmi statistika da etiraf etməyə məcbur olub ki, ötən il 47 min iş yeri qapadılıb. Etiraf edilməyən rəqəm isə döha böyükdür. Bu isə qeyri-neft sektoru üzrə vergi daxilolmalarınn kəskin azaldılması deməkdir.

Bununla yanaşı, qeyri-neft sektorunda monopoliyaların dövlət siyasətinə çevrilməsi kimi təhlükəli tendensiya gedir. "Sosial mənzil” adı altında mənzil tikintisi dövlət monopoliyasına alnır, "qida təhlükəsizliyi” adı ilə ərzaq bazarı dövlət monopoliyasına alınır və s. Bu özəl sektorda sonuncu rəqabət elementlərinin də məhv edilməsinə, bazar iqtisadiyyatından faktiki imtina edilməsi, əvəzində isə inzibati "bazar modeli”nin yaranmasına gətirib çıxarır. Təbii ki, bu halda vergi bazası əhəmiyyətli dərəcədə azalır və çıxış yolu kimi vergi dərəcələri artırılır. Bu da təbii ki, avtomatik olaraq bahalaşma qərarıdır. İndiki konservativ iqtisadi siyasət saxlanılırsa, hətta daha da möhkəmləndirilirsə, bu kimi bahalaşma qərarlarına mütəmadi hazır olmaq lazım gəlir.

Sonuncu rəqabət elementlərinin məhv edilməsinin acısını isə hökumət az sonra, dünya neft bazarında qiymətlər kəskin enəndə hiss edəcək. Onda da təbii ki, bu acını hökumətdən daha çox vətəndaşlar yaşayacaq. Necə ki, 2015-2016-cı illərin böhranında yaşadılar – 122 faizlik devalvasiya, bir neçə milyardlıq bank borcları və s. Əslində böhran bitməyib, bu gün də davam edir. Sadəcə, neftin bahalaşması böhranı müvəqqəti dondurub.

Qadir İbrahimli


SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...