14 yaşınadək yeniyetmələrə dərman satılması qadağan olunur

img

22-01-2018 [12:33]


Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında bununla bağlı "Dərman vasitələri haqqında” qanuna əlavə müzakirə olunub.

Qanuna təklif edilən 13.3-1 bəndinə görə, ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

Layihə plenar iclasa tövsiyə olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR