Rusiya BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını tələb edəcək

img

20-01-2018 [20:04]


Rusiya Suriyaya diplomatik dəstək göstərməkdə davam edəcək və BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını tələb edəcək.

Bunu "RİA Novosti”yə Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klinseviç bildirib.

"BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını təkcə Suriya tələb etməyəcək. Rusiya bu tələbi dəstəkləyəcək və Suriyaya diplomatik yardım göstərməkdə davam edəcək”, - deyə F.Klinseviç bildirib.

Onun sözlərinə görə, Türkiyənin Afrindəki əməliyyatı Suriyanın suverenliyini kobud şəkildə pozur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR