Prezident İlham Əliyev və birinci xanım Şəhidlər xiyabanı ziyarət ediblər - FOTOLAR

img

20-01-2018 [10:00]


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanı ziyarət ediblər.

Mia.az xəbər verir ki, dövlət başçısı "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib. 

Dövlət və hökumət rəsmiləri, respublikadakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də ziyarətə qatılıb, 20 Yanvar şəhidlərinə ehtiramlarını bildiriblər. 

Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.  












Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR