Milli Məclis Rəqabət Məcəlləsini gündəlikdən çıxardı – Biznesmenlərin gözlədiyi qanun nə zaman qəbul olunacaq?

img

19-01-2018 [14:17]


Rəqabət Məcəlləsi Milli Məclisin yaz sessiyasında müzakirə edilməyəcək.

Modern.az-ın məlumatına görə, Rəqabət Məcəlləsinin müzakirə edilməsi "Milli Məclisin 2018-ci il yaz sessiyasının işlər planına” daxil edilməyib.

Bu da o deməkdir ki, Məcəllə 2018-ci ilin yaz sessiyasında da qəbul edilməyəcək.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi 2-ci oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. Artıq 11-ci ildir ki, bu qanun qəbul olunmur. Məcəllədə əsas məsələlər rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək, inhisarçılığı aradan qaldırmaq nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR