Şəhidlər Xiyabanında MMP-çilərdən örnək təşəbbüs - FOTO

img

19-01-2018 [11:41]


Müasir Müsavat Partiyasının Şəki rayon təşkilat üzvləri rayonun Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar örnək təşəbbüs göstəriblər.

MMP şəki rayon təşkilatının sədri Mübarək Lətifova başda olmaqla, təşkilatda hər kəs anım günündən bir gün öncə Şəhidlər Xiyabanında iməcilik ediblər. Onlar şəhidlərin məzarlarını, sinə və başdaşlarını təmizləyiblər. M.Lətifova Versus.Az-a açıqlamasında bildirib ki, bunu şəhidlərin ruhuna hörmət əlaməti olaraq ediblər:

"Həm bir vətəndaş kimi şəhidlərin ruhu qarşısında borcumuzu heç olmasa bu yolla qaytarmaq istədik, həm də tərəfimizdən bir təşəbbüs olaraq sərgiləmək istədik ki, başqaları da nümunə götürsünlər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR