Bakıda banka basqın oldu - Polis həbs etdi

img

18-01-2018 [15:47]


"Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

Hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR