"İraq ABŞ-ın atdığı yanlış addımlar nəticəsində bu günə düşüb..." - Rəsmi Ankaradan sərt açıqlamalar

img

18-01-2018 [14:43]


"ABŞ verdiyi sözə əməl etmədi”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNNTürk-ə müsahibəsində deyib.

"ABŞ-ın açıqlamaları bizi tam qane etmədi. Sabah İŞİD adını dəyişdirib terroru davam etdirə bilər. İraq ABŞ-ın atdığı yanlış addımlar nəticəsində bu günə düşüb. ABŞ İraqdan çəkilməklə daha böyük yanlışlıq edib. İŞİD İraqda fəaliyyətə başlayıb, Suriyaya keçib və təkrar İraqa qayıdıb. ABŞ-a inamsızlığmız davam edir. ABŞ Rakkadan sonra bizə verdiyi sözə əməl etmədi. Münbiçdə də söz vermişdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama telefonla danışığında bu bölgədən dəstəklədikləri silahlıların "təcili” olaraq çəkiləcəyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana boyun olmuşdu. Ancaq YPG Münbiçdən çəkilmədi. Biz ABŞ-dan konkret addım atmasını gözləyirik”, – o, vurğulayıb. 

M.Çavuşoğlu bildirib ki, ABŞ terrorçularla əməkdaşlıqdan əl çəkməlidir: "Bizim burada opponentimiz ABŞ-dır. Ancaq narahat olduğumuzu hamı, Fransa da bilir. Biz Afrində əlaqəli şəkildə əməliyyat aparacağıq. Bu əməliyyat Rusiyanın oradakı müşahidəçilərinə təsir göstərməməlidir. Biz Əsədin hakimiyyətdən getməsi məsələsində səmimiyik. Ancaq ABŞ-ın da səmimi olması lazımdır". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR