Eldar Mahmudovun ortağı Bakıya gətirildi - Qazaxıstanda həbs olundu

img

18-01-2018 [14:30]


Yanvarın 17-də hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayət ortaqlarından biri Sahib Ağayevi Qazaxıstanda saxlayaraq, Bakıya ekstradisiya ediblər.

 Bu barədə virtualaz.org-a Azərbaycanın hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələr məlumat veriblər.

Sahib Ağayev pulların yuyulmasında və iri məbləğin mənimsənilməsində ittiham olunur. Öz ortağı ilə birlikdə S.Ağayev Bakıda keçirilmiş Avropa Oyunları ərəfəsində sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlığın gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlayıb.

İstintaq S.Ağayevi 30 milyon manatın mənimsənilməsində ittiham edir. Bir müddət sonra həmin pullar S.Ağayevin xarici şirkətinin hesabına yatırılıb. Bundan başqa, Eldar Mahmudovun cinayət ortağı xüsusilə böyük məbləğdə vergidən yayınmada da ittiham edilir.

E.Mahmudovun vəzifəsindən azad edilməsindən sonra S.Ağayev Qazaxıstana qaçıb və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Xatırladaq ki, son günlər ərzində S.Ağayev Hacıyev-Mahmudov işi üzrə saxlanılmış ikinci axtarışda olan şəxsdir. Yanvarın 13-də Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin yaxın tərəfdaşlarından biri Emin sadiq Azərbaycana ekstradisiya edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR