Prezident jurnalisti mətbuat konfransından qovdu: "Buranı tərk et” + Video

img

17-01-2018 [22:39]


ABŞ prezidenti Donald Tramp CNN-in müxbiri Cim Akostanı Oval saraydan qovub.

Hadisə Donald Trampla Qazaxıstan prezident Nursultan Nazarbayevin Oval sarayda keçirdiyi birgə mətbuat konfransı zamanı qeydə alınıb.

CNN müxbiri Cim Akosta ABŞ prezidentindən soruşub: "ABŞ-a daha çox Norveç vətəndaşlarının gəlməsini istəməyiniz doğrudurmu?”. 

Donald Tramp suala cavabında deyib: "Mən onların hər yerdən gəlməsini istəyirəm”. 

Cim Akosta yeni bir sual vermək istəyəndə ABŞ prezidenti onu barmağı ilə göstərərək "Buranı tərk et” deyib.

C.Akosta "Twitter” hesabında bu haqda belə yazıb: "Üzümə bağırıb sualımı verməyə qoymamağa çalışdılar. Əvvəllər belə bir hadisə ilə heç vaxt qarşılaşmamışdım”.

Ağ Ev administrasiyası məsələ ilə bağlı açıqlama verməyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR