"Rəşid Behbudov neçə villa, neçə maşın qoydu getdi? - Tanınmış jurnalist müğənniləri "topa tutdu" + VİDEO

17-01-2018 [19:10]
Tanınmış jurnalist Seymur Verdizadə Space TV-də efirə gedən "Yerimdəyəm” verilişinin qonağı olub. Sənət adamlarının səviyyəsinin müzakirə olunduğu verilişdə jurnalist qarşı tərəfin ünvanına sərt fikirlər səsləndirib.

S.Verdizadə deyib ki, müğənnilərin əksəriyyətinin səsi yoxdur:  "Onlar öz uğursuz ifaları ilə tamaşaçıların zövqünü korlayır, repertuarlarını zənginləşdirə bilmir, ancaq var-dövlət toplamaq barədə düşünürlər".

Jurnalist aşıq sənətinin nüfuzdan düşməsinə də münasibət bildirib. Qeyd edib ki, bəzi aşıqlar bir manata görə yaramaz adamlara mədhiyyə dedikləri üçün aşıq sənətə hörmətdən düşüb.

Mia.az həmin verilişdən maraqlı epizodu təqdim edir:





SON XƏBƏRLƏR