Xəlil Rzanı və şəhid övladını təhqir edən gənc yazar üzr istədi: "Xəlil Rza və onun qəhrəman şəhid oğlunun ruhundan..."

img

16-01-2018 [22:33]


Gənc yazar Kəramət Böyükçöl bir neçə gün öncə sosial şəbəkədə görkəmli şair Xəlil Rza Ulutürk haqqında işlətdiyi ifadələrə görə üzr istəyib.

Mia.az xəbər verir ki, o, Böyükçöl səhvə yol verdiyini bəyan edib və belə üzr istəyib:

"Bir neçə gün bundan əvvəl feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı. Sərt reaksiya göstərildi. 

Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yalnış olduğunu anladım. Buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbirz Xəlilbəylilinin ruhundan, onların ailəsindən, eyni zamanda Xəlilsevərlərdən üzr istəyirəm. 

Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük və qüdrətlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR