16-01-2018 [21:53]
Xarici işlər naziri Elmar Məmmədyarov YUNESKO-nun Baş Direktoru xanım Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüş keçirib.
Mia.az nazirliyə istinadən xəbər verir ki, görüş zamanı nazir Elmar Məmmədyarov Odre Azuleni YUNESKO-nun Baş Direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər YUNESKO-nun beynəlxalq münasibətlərdə və müasir təhdidlərin qarşısının alınmasında oynadığı mühüm rolunu vurğulayıblar. Bu xüsusda Nazir YUNESKO-nun Azərbaycan üçün vacibliyini qeyd edərək bu əməkdaşlığın güclənməsində Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti – YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb.
Görüşdə 2013-ci ildə ölkəmiz ilə YUNESKO arasında imzalanmış Çərçivə Sazişi və onun əsasında yaradılmış beş milyon ABŞ dolları məbləğində Etimad Fondunun əhəmiyyətinə toxunulub. Bu Saziş çərçivəsində Azərbaycanın YUNESKO-nun prioritet sahə kimi qəbul etdiyi Afrikada qızların təhsili üzrə, eləcə də digər ölkələrdə qeyri-maddi mədəni irsin qorunması, elm və texnologiyalar sahəsində maliyyələşdirdiyi layihələr müəyyən edilib.
Ölkəmizdə olan multikulturalizm və tolerantlıq ənənələri haqda həmsöhbətinə məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycan və YUNESKO arasında mədəniyyətlərarası dialoq sahəsində çox uğurlu əməkdaşlığın olduğunu bildirib.
Nazir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlayan "Bakı Prosesi” və bu il sözügedən bu uğurlu layihənin 10 illiyinin qeyd edildiyini diqqətə çəkib.
Odre Azule mədəniyyətlərarası dialoq sahəsində YUNESKO-nun Azərbaycan ilə əməkdaşlığını vacib və təqdirəlayiq hesab etdiyini bildirdi və bu sahədə birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.
Görüş əsnasında Nazir Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişaf Agentliyi (AİDA) tərəfindən Qoşulmama Hərəkatı ölkələrində həyata keçirilən humanitar layihələr haqda məlumat verərək ölkəmizin Qoşulmama Hərəkatının üzv ölkələri, xüsusilə də Afrika dövlətlərinə dəstək layihələrində YUNESKO ilə əməkdaşlığa hazır olduğunu bildirib.
YUNESKO-nun Baş Direktoru bu kimi əməkdaşlığın alqışladığını bildirib və hazırda Təşkilat üçün önəmli sahələrdən birinin də Yaxın Şərqdə mədəni irsin bərpası olduğunu qeyd edib.
Nazir ölkəmizin mədəni irsin qorunması mövzusuna həssas yanaşdığını bildirib və ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəniyyət abidələrimizin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını və məhv edildiyini vurğulayıb.
O, ATƏT monitorinq missiyasının da bu faktları təsdiqlədiyini deyərək YUNESKO-nu gələcəkdə bu monitorinq prosesinə qoşulmağa dəvət edib.
Görüş əsnasında Nazir Elmar Məmmədyarov YUNESKO Baş Direktorunu ölkəmizə səfər etməyə dəvət edib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb