Amerika ordusu Türkiyəyə "yaşıl işıq" yandırdı: "Afrin koalisiyanın əməliyyat sahəsi çərçivəsində deyil"

img

16-01-2018 [17:06]


Türkiyənin Suriyanın Afrin bölgəsini işğal edən PYD/YPG qüvvələrinə qarşı hücuma hazırlaşdığı ərəfədə ABŞ-dan diqqət çəkən açıqlama gəlib.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın liderliyindəki Suriyada İŞİD-ə qarşı koalisiyadan bəyanat verilib.

Koalisiya sözçüsü Ryan Dillon mətbuat konfransı keçirərək, bildirib ki, Afrin onların əməliyyat planına daxil deyil: "Afrin koalisiyanın əməliyyat sahəsi çərçivəsində deyil".

Bu açıqlamadan sonra isə gözləniir ki, türk ordusunun Afrin və Menbiçə hücumu hər an, hər saat başlaya bilər.

Xatırladaq ki, ABŞ-ın YPG/PYD-dən ibarət 30 minlik ordu yaratma planına Türkiyə prezidenti Ərdoğan çox sərt reaksiya verərək, Amerikaya açıq xəbərdarlıq etmişdi: "Bizə düşən də bu terror ordusunu doğulmamış, yerində boğmaqdır. ABŞ onlara 4800 min yük maşını silah göndərib. Nə qurursan qur, o 30 minlik terror ordusu orada səni təmsil edə bilməyəcək və rəzil, rüsvay olacaqsan. Bizim müttəfiqlərimizə söylədiyimiz budur ki, terrorçularla, qatil sürüləri ilə aramızda durmayın, yoxsa ortaya çıxan nəticələrə görə biz məsuliyyət daşımayacağıq. Terror təşkilatlarının bazalarında qaldırılan bayraqlarınızı özünüz endirin ki, biz endirib, sizə verməli olmayaq. Terrorçuların üzərlərində olan işarələri sökün ki, terrorçularla birlikdə olan hərbçilərinizi biz torpağa gömmək məcburiyyətində qalmayaq. Afrin və Münbic əməliyyatına hazırlıq başa çatıb. Əməliyyat hər an başlaya bilər. Sərhədimizdə bir terrorçu qalana qədər mübarizəmiz davam edəcək”.

R. T. Ərdoğan qeyd edib ki, ABŞ Türkiyəyə müttəfiq kimi yanaşmalıdır:  "Mən onlara demişəm ki, biz o terrorçuları yaxşı tanıyırıq, peşman olacaqsınız. İki gün sonra çətinə düşən zaman ABŞ əsgərlərinə ilk silah çevirən qurmaq istədikləri 30 minlik terrorçu ordusu olacaq”.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR