"Düzgün yararlanmırlar" - Psixoloq Könül Vaqifqızı

img

16-01-2018 [16:56]


MMP sədr müavini, psixoloq Könül Vaqifqızı sosial şəbəkələr barədə fikirlərini bölüşüb.

O versus.az-a açıqlamasında deyib ki, sosial şəbəkələrdən əsasən əsasən məlumat bürosu kimi istifadə edir:

"Daxildə və xaricdə baş verən siyasi prosesləri izləyirəm, partiyamızın məlumatlarını paylaşıram. Rayon təşkilat rəhbərlərimizlə sıx əlaqə saxlayıram”.

K.Vaqifqızı bir psixoloq kimi narahatlıq doğuran səbəblərdən də danışıb:

"Bir çoxları sosial şəbəkəni qeyri-etik, qadına-qıza yaraşmayan, qeyri-cidi məkan kimi qəbul edir. Bu əsasən dünyagörüşünün zəifliyindən irəli gəlsə də, hesab edirəm ki, psixoloji durumla da əlaqəlidir. Mətbuat bu cür sorğulara geniş yer ayırmaqla o düşüncə sahiblərini hardasa maarifləndirmiş olar. İstifadəçi bilməlidir ki, sosial şəbəkədən düzgün istifadə etsələr yeni biliklərə, gündəlik məlumatlara sahib olarlar. İndiki zamanda hər kəsin smartfonu var, amma heyif ki, çoxusu yaşından-cinsindən asılı olmayaraq bu telefonla da düzgün yararlanmırlar. Hərə bir saxta profil yaradıb smartfonla səhifəsini idarə edir, feysbuk istifadəçilərini boş yazışmaları ilə bezdirir. Bu azmış kimi paylaşımlara təhqirli rəylər yazırlar, insanları təsirə salıb mənfi müzakirəyə yönləndirirlər”.

Siyasətçi-psixoloq valideynlərin uşaqların sosial şəbəkədə istifadəsinə nəzarət etmələrini tövsiyə edib.
Eyni zamanda müəssisələrdə iş saatlarında sosial şəbəkədən istifadəyə qadağa qoyulmasını məqsədəuyğun saydı: "Bu yaxınlarda xaricdə bir şirkətdə qonaq oldum. Orada wifi-dən facebook, whatsap, instagram, youtube girişə qadağa qoyulduğunun şahidi oldum”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR