Xalq artisti Çingiz Sadıxov dəfn edildi - Foto

img

16-01-2018 [15:21]


Xalq artisti Çingiz Sadıxov Təzəpir məscidində keçirilən vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn edilib.

Fəxri Xiyabandakı mərasimdə dəfn komissiyasının üzvü Fatma Abdullazadə, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq artistləri Eldar Quliyev, Fərhad Bədəlbəyli, Murad Adıgözəlov iştirak edib. Mərhumun ruhuna dualar oxunub.

Qeyd edək ki, Çingiz Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakultəsində, 1951-1953-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alıb. Çingiz Sadıxov Azərbaycanın Əməkdar Artisti və Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib.

1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb. Prezident İlham Əliyevin göstərişi ilə cənazəsi Azərbaycana gətirilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub