Ərdoğandan NATO-ya xəbərdarlıq: "Qısa zamanda Afrin və Münbiçdən başlayaraq, o yuvaları bir-bir yox edəcəyik"

img

16-01-2018 [14:11]


"Ey, NATO, siz müttəfiqlərinizdən birinin sərhədinə təcavüz edənlərə qarşı mübarizə aparmağa borclusunuz”.

Bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

Dövlət başçısı NATO-nu ciddi tənqid edib: "NATO-ya bir iradım var. Müttəfiqlərinizdən birinin sərhədinə istənilən şəkildə təcavüz edilməsinə qarşı çıxmaq sizin borcunuzdur. İndiyədək bu istiqamətdə bir addım atdınızmı? Bunu onlara demişik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu məsələni NATO-da müzakirə edəcək. Ötən il İraqda oynanılan oyunu pozduq, Suriyada oynan oyunun ürəyinə xəncər sapladıq. Qısa zaman ərzində Afrin və Münbiçdən başlayaraq, Suriyadakı terror yuvaların bir-bir yox edəcəyik. Buna nə müttəfiqimiz kimi görünüb, bizi kürəyimizdən vuranlar, nə də siyasətçi görünən marginallar mane ola bilər”. 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR