Teleqüllənin yaxınlığında çatlar böyüdü: eni 1, dərinliyi 6-7 metrə çatdı + FOTOLAR

img

16-01-2018 [12:14]


 Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənib.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, ərazinin bəzi yerlərində artıq eni 1 metrə, dərinliyi 6-7 metrə çatan çatlar yaranıb. İstinad divarlarındakı çatların eni də 15 sm-ə çatıb: "İstinad divarının yanında şaquli olaraq, yamac kəsilib. Burada belə proseslərin baş verməsinə baxmayaraq, ərazidə yol çəkilir. Sürüşmənin qarşısını almaq üçün isə heç bir tədbir görülmür".






Digər xəbərlər
SON XƏBƏRLƏR