15-01-2018 [12:11]
"Nisyə dəftərinə üzv olanların sayı artır”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a bahalaşmanın səbəblərindən danışıb:
"Ötən il hökumətin 7 faizlik inflyasiya proqnozuna qarşı rəsmi statistikaya görə, qiymətlər orta hesabla 13 faiz artdı, ərzaq məhsulları üzrə qiymət artımı isə 16 faizi ötdü. Daha çox istifadə olunan ərzaq və xalq istehlakı mallarının qiyməti durmadan artdığından, inflasiyanın tempi əhalinin gəlirlərinin artımını 2 dəfəyə yaxın üstələyir. Belə şəraitdə əhalinin real gəlirləri və deməli alıcılıq qabiliyyəti aşağı düşür, vətəndaşların xeyli hissəsi əvvəlki qədər mal ala bilmirlər. "Nisyə dəftərlərinə” üzv olanların sayı artır. Deməli, mağazaların xeylisi də əvvəlki qədər mal sata bilmirlər və nəticədə əhali ilə yanaşı, həm də sözügedən sahədəki biznesmenlərin də durumu zəifləyir”.
Əgər 2015-2016-cı illərdə ölkədə qiymətlərin sürətlə artmasında manatın dollara nisbətdə məzənnəsinin aşağı düşməsini əsas gətirirdilərsə, 2017-ci ildə manat sabit qaldığından, artıq dünya bazarında qiymətlərin artmasını əsas gətirməyə başladılar.
İkinci artqument də "axsayır”. Aidiyyatı qurumlar 2017-ci ildəki yüksək qiymət artımını daha çox xərclərin və idxal məhsullarının dünya bazarında qiymətlərinin artması ilə əsaslandırırlar. Dünya bazarında yağın qiymətinin nəzərəçarpan dərəcədə artması heç də bütün digər məhsulların da qiymətlərinin həmin səviyyədə qalxması anlamına gəlmir. Həm də Azərbaycanda kərə yağının qiyməti bu məhsulun dünya birjalarndakı qiymətlərinin artım tempindən daha çoxdur. Azərbaycanda yerli yağ istehsalı genişlənir və keyfiyyəti artır. Məsələn, süd zavodumuzun istehsal etdiyi "Milla” yerli kərə yağının keyfiyyəti xaricdən gətirilən əksər kərə yağlarından keyfiyyətindən yüksəkdir. Ona görə də ölkdə süd istehsalının artımına nail olmaqla kərə yağı istehsalını da artırmaq, həm yerli tələbatı dolğun şəkildə ödəmək, həm də xaricə mal çıxarmaq lazımdır. Düzdür, "Milla” yerli kərə yağının qiyməti xaricdən gətrilən əksər kərə yağlarından bir qədər ucuz olsa da, Azərbaycanın özündə yerli "Milla” kərə yağı, onun Rusayiya ixracı zamanı həmin ölkədə satılan qiymətindən baha satılır. Ona görə də elə qiymət siyasəti yeritmək lazımdır ki, yerli yağlar daha çox satılsın.
Parlament üzvü ərzaq məhsullarının ucuzlaşmasının yeganə yolunun rəqabətli mühitin yaradılması əsasında mümkün olacağını vurğulayıb:
"Ərzaq məhsullarının yerli istehsalı və ölkəyə gətirilməsi sahəsində ciddi rəqabət yaradılsa, qısa zaman kəsiyində həmin məhsulların və əhalinin daha çox işlətdiyi malların qiymətləri 30-40 faiz aşağı düşər. Azərbaycanda hazırkı vəziyyətində ikirəqəmi inflyasiyaya iqtisadi əsas yoxdur. Qiymətlərin durmadan artmasının aparıcı amili monopoliya, onun doğurduğu xaotik qiymət artımı və ədalətsizliklərdir. Manatın məzənnəsinin artması fonunda ötən il Azərbaycanda müşahidə olanan 13 faizlik inflasiyanın, o cümldən ərzaq məhsulları üzrə isə 16 faizdən artıq qiymət artımının yarıdan çoxu monopoliyanın özbaşınalıqlarından və digər bu kimi səbəblərdən doğub. İnhisarçılıq münasibətləri ilə yanaşı, onu da qeyd etmək lazımdır ki, qiymət mədəniyyəti çox aşağı olduğuna, qiymət sahəsində bir xaos yarandığına görə, kim necə istəyirsə, həmin qiymətləri də qoyur. Ona görə də qiymətlər durmadan artır. Ölkədə 1 manatlıq məhsul istehsal etmədən,ölkəyə 1 manatlıq əlavə məhsul gətirmədən sadəcə qiymətləri monopol üsullarla süni surətdə artırmaqla qiymət atımının hər faizinə görə ildə 200 milyon manatdan artıq,təkcə ərzaq üzrə isə ümumilikdə ildə əhalinin ailə büdcəsinə 1,4 milyard manatdan artıq ziyan vururlar”.
"Qiymətqoyma mədəniyyətsizliyi aradan qaldırılmalıdır”
Ə.Məsimli 2018-ci il və ondan sonrakı illərdə hökumətin qarşısına qoyduğu hədəflər arasında manatın sabitliyinin davam etdirilməsinin mühüm yer tutduğunu qeyd edib:
"Hökumətin 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, 2018-ci ildə orta illik inflyasiya 6,1%, 2019, 2020 və 2021-ci illərdə isə bu göstərici müvafiq olaraq 4,3%, 3,1% və 3,1% olacaq. Əslinə qalsa, manatın sabitliyi fonunda bu il qiymət artımını müəyyən qədər yavaşlatmaq və inflyasiyanı tezliklə birrəqəmli səviyyəyə endirmək mümkündür. Lakin bu il 6 faizlik inflyasiyaya nail olunması, sonrakı illərdə onu daha da aşağı salmaqdan, xüsusən də əhalinin çox işlətdiyi məhsullar üzrə qiymətlərin həmin məqbul hədlər çərçivəsində artamasına nail olamaqdan ötrü əlavə tədbirlərə, xüsusən də inhisarçılığa, qiymət xaosuna və qiymətqoyma mədəniyyətsizliyinə qarşı etibarlı mübarizə mexanizmi yaradılıb həyat keçirməyə ehtiyac var”.
Deputat 2018-ci ilin Azərbaycan üçün əhəmiyyətli bir il olduğunu diqqətə çatdırıb: "2018-ci il - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ili və həm də Prezident seçkiləri ilidir. Ona görə də bu möhtəşəm tarix digər məsələlərlə yanaşı, həm də iqtisadiyyatın səmərəliliyinin artırılması sahəsində və əhalinin sosial vəziyyətində də müsbət iz buraxmalıdır. İqtisadiyyatın səmərəliliyini artırmaq və əhalinin güzəranını yaxşılaşdırmaq sahəsində Azərbaycanın yetərincə potensial imkanları var. Sistemli islahatlar genişləndirilsə və dərinləşdirilsə, iqtisadiyyatımızın həm real, həm maliyyə, həm də sosial sektorlarında vəziyyəti xeyli dərəcədə yaxşılaşdırmaq olar. Ona görə də ciddi islahatlar həyat keçirməklə yerli istehsalın inkişafını sürətləndirmək, əmək məhsuldarlığını artırmaq, monopoliyanın təsir dairəsini məhdudlaşdırmaq istiqamətində ciddi işlər görülməlidir. Son vaxtlar inhisarçılığın zəiflədilməsi istiqamətində müəyyən addımlar atılsa da, bu, hələlik ölkədə inhisarçılığın aradan qaldırıldığını deməyə əsas vermir. İnhisarçılar, rəqabəti boğmaqla, eyni zamanda həm də iqtisadiyyatın şaxələnməsinə, elmi-texniki tərəqqinin inkişafına, əmək məhsuldarlığının artmasına, məhsulun keyyfiyyətinin yüksəlməsinə, onun rəqabət qabiliyyətinin dinamikasına mənfi təsir göstərirlər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"