Biznesmenin maşınına qoyulan bomba partladıldı - Qazaxıstanda şok hadisə

img

14-01-2018 [12:16]


Qazaxıstanda iş adamına sui-qəsd cəhdi olub, şəxsi minik avtomobili partladılıb.

"Sputnik Kazaxstan"ın verdiyi məlumata görə, hadisə yanvarın 13-də Almata vilayətinin Yenbekşikazax rayonunun Aşısay kəndində baş verib.

Yerli biznesmenlərdən birinə məxsus "Leksus" markalı minik avtomobilinin altına yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində bir nəfər yaralanıb. Qəlbə yarası alan şəxs biznesmen yox, onun 23 yaşlı sürücüsü olub. Yaralı şəxs xəstəxanaya yerləşdirilib. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR