Şriftin ölçüsü / 514 dəfə oxunub

RƏNGLİ AĞRILAR...

(esse)

13 Yanvar 2018 [18:47]
Səxavət TAĞLAR,
Əməkdar müəllim, yazıçı-publisist, 
AYB-nin Aran Bölməsinin məsul katibi

***

...Tənha olmaq istəmirəm. Ancaq səs- küydən, gündəlik qayğılardan, yorucu ünsiyyətdən, təkrarlanan həyat tərzindən, əlim çatan-çatmayan istək və arzulardan bir qədər aralı olmaq istəyirəm! İstəyirəm!... 

...Buna cəhd etdim!...Əcaib sakitlik, qyğısızlıq, ünsiyyətsizlik, arzusuzluq, istəksizlik ağrı kimi boğdu məni. Ürəyimin döyüntüləri artdı, narahatlıq, rəngli ağrılar, qaranlıq qəlbimə hakim kəsildi. Düşündüm:" İlahi, haradayam?! Bu nə aləm!" Nə yaxşı ki, telefonum zəng çaldı. Tədbirə getməliydim.                                                                                                 

 ...Küçəyə çıxdım. Yenə səs-küy, qayğılı insanlar... Hamı evə tələsirdi.Kiminin əlində zənbil, kiminin əlində çörək, kiminin əlində portfel, kiminin əlində... hər gün rastlaşdığım, baş salamı ötüşdüyüm nurani bir qoca evə yenə araqla gedirdi. Salamlaşdıq. Mənə bir göz də vurdu. Sandım ki, gedək içək deyirdi. Kaş içə biləydim... O qoca ilə dübədü vuraydım...O dərdini, qayğısını, problemini, sevincini, istək və arzusunu mənə danışaydı...İlahi, o nə qədər nurani bir insandır. Səmimidir, gülərüzdür, xoş ovqatlıdır...Görən bu araq nədir?! O niyə hər gün eyni vaxtda, eyni dükandan əli araqlı evə gedir?!... 

Ağrı ürəyimə yük edir. Sabah bazar günüdür. iş-güc də yoxdur. Onun arağını özüm alacam., dübədü olacağıq, dərdini öyrənəcəm, sevincini birgə yaşayacam...Bircə sabah gəlsəydi.

                                                              ***

... Bir soyuq qış axşamı. Tək-tük atan qar dənəcikləri insanın sifətinə buz kimi yapışırdı. Tez-tez rastlaşdığım o nurani qoca ilə "Ailəvi market”də görüşdük... 

Adını soruşdum:

- Kamaldır  –dedi.

Mən özümü təqdim etmək istədim, o, gözümün içinə baxıb:

- Səxavət müəllim, ehtiyac yoxdur –deyə, söhbətə başladı:

- Baxışınız, düşüncəniz mənə çox şey deyir...

- Necə yəni?!

- Siz pedaqoq, yazıçı olmağınıza baxmayın. Mən də həyat yaşamış insanam.

Ömrümü hüquq-mühafizə orqanlarında insanlara xidmətdə, onlara keşikdə keçirmişəm...
 
... Bu nurani qoca ilə söhbət edə-edə yaxınlıqdakı "Uğur” kafesinə girdik. Kişi əlindəki kağıza bükülü arağı yemək masasının üstünə qoydu. Ona xidmət etmək üçün hazırlıqlı idim. Cibimdə pulum, "vurmaq” üçün də az da həvəsim...

...Sifariş verdiyimiz hinduşka kababı masaya gəldi. Xidmətçi soruşdu: 

- Nə içəcəksiniz? 

Mən:

- Bir Gəncə arağı verin  _dedim. O, "Baş üstə” deyib getdi. Bir az rahatlandım. 

"Nə yaxşı oldu, Kamal kişi öz arağını dəvət etmədi” –deyə, düşündüm.

Arağımız da gəldi. Artıq yeməyə başlamışdıq.Məkanımız sakit idi. Dübədüb olmağın heç bir qorxusunu görmürdüm... 

Xidmətçi arağı açıb, süzmək istəyəndə Kamal kişi "özümüz süzəcəyik” dedi. Xidmətçi getdi. Nurani qoca özünə məxsus səmimiliklə və bir qədər çəkinə-çəkinə:

- Yazarlar içən olur. Bilirəm içəcəksən... 

Məni bağışla, sənə yoldaşlıq edə bilməyəcəm –dedi.

...Üz-gözümdə təəccüb və təzadı "oxuyan” bu müdrik, nurani qoca dərindən bir  "ah...” çəkib söhbətə başladı:

- Mən sizi başa düşürəm. Nə düşünürsünüz, niyə düşünürsünüz?! Düşünməkdə də haqlısınız.

Qonşumuzda bir gənc ailə var. Evin kişisi spirtli içki aludəçisi olub. Hər gün içirdi, ayıq başı olmurdu. İndi gözləri tutulub, ayaqları şikəst olub. Nə görür, nə də hərəkət edə bilir. Ağrılardan elə hey qışqırır. Həyat yoldaşı müəllimədir, qızım olsun, ağıllı və gözəl bir xanımdır. Dərdini, ağrısını mənə danışır. Və deyir ki, müalicə-filan da kömək eləmir, bədəni dərmanları da götürmür. Elə hey araq istəyir.Həkim də buyurur ki, o şiddətli ağrıları qalxanda az-az araq verin, dizinə və oynaqlarına spirt sürtün... İndi onun həyat yoldaşının xahişi ilə  işdən çıxanda yolumu marketdən salıb onlar üçün bir araq alıram.Qadının dərdi ürəyimi üzür.

Artıq bir neçə gündür işə də çıxa bilmir...   

...Kamal kişi danışırdı. Nuranə müəllimənin gənclik illəri, həyat hekayəsi mənə tanış gəlirdi. Özü sevib-seçdiyi üçün ən çətin günlərinin ağrı-acısını da böyük məhəbbət və sevgi ilə yaşayırdı... 

Mia.az


Digər Xəbərlər

SON XƏBƏRLƏR