Şriftin ölçüsü / 96 dəfə oxunub

Ağ Evin həkimi: "Donald Trampın səhhəti əladır"

13 Yanvar 2018 [18:01]
Prezident Donald Tramp "əla səhhətə” malikdir. Bunu Ağ evin əsas həkimi Ronni Cekson Trampın ABŞ administrasiyasının 45-ci rəhbəri qismində dünən keçirilən ilk müayinəsindən sonra bildirib.

Bu barədə TASS informasiya agentliyinə istinadla xəbər verir.

"Prezidentin müayinəsi ABŞ Hərbi Dəniz Qüvvələrinin Uolter Rid adına Milli Tibb Mərkəzində keçirilib. Prezident əla səhhətə malikdir. Mən yanvarın 16-da brifinqdə tibbi müayinə ilə bağlı bəzi təfərrüatları bildirəcəyəm”, – deyə Cekson qeyd edib.

İyunun 14-də 72 yaşı tamam olacaq Donald Tramp dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanı qismində ilk dəfə olaraq tibbi müayinədən keçib. Əslində ABŞ prezidentləri tibbi müayinə keçməyə məcbur deyillər, lakin 37-ci administrasiya başçısı Riçard Niksonun (1913-1994) dövründən bu, adi praktika halını alıb. 2017-ci il yanvarın 20-də Trampın Ağ evdə əvəz etdiyi Barak Obama hakimiyyətdə olduğu 8 il ərzində 4 dəfə müayinə olunub.

Əvvəlki belə hallarda HDQ-nin Vaşinqton yaxınlığındakı Betesda yaşayış məntəqəsində yerləşən tibb mərkəzinin həkimləri adətən tibbi müayinənin nəticələrinə prezidentin səhhətinin ona səlahiyyəti başa çatanadək vəzifəsini icra etməyə imkan verdiyi barədə imza da atırdılar.

Donald Tramp spirtli içki içmir və siqaret çəkmir, qolf oynamağı xoşlayır. Sonuncu dəfə o, səhhəti barədə prezident postuna namizəd olduğu vaxt – 2016-cı ilin sentyabrında danışmışdı. Tramp həmin vaxt "Dr.Oz Show” televiziya proqramında demişdi ki, bütün tibbi müayinələrdən keçib və xolesterol səviyyəsi çox yaxşıdır. Milyarder təxminən 107 kiloqram çəkisi olduğunu və 7 kiloqram arıqlamaq istədiyini də bildirmişdi/Azərtac.


SON XƏBƏRLƏR