Şriftin ölçüsü / 189 dəfə oxunub

BMX üzrə dünya çempionatının Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirildi - Müzakirə + FOTO

13 Yanvar 2018 [14:47]
2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar prezident İlham Əliyevin 15 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən yaradılmış Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirilib. 

Azərbaycan Velosiped İdmanı Federasiyasından Mia.az-a veriən məlumata görə, tədbirdə aidiyyəti nazirliklərin, digər dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov ölkə başçısının Sərəncamı barədə məlumat verərək vurğulayıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il, 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir. O, dünya çempionatının Azərbaycanın idman həyatında növbəti mühüm bir hadisə olacağını qeyd edib. 

Sahib Ələkbərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olimpiya idman növü olan BMX üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək üçün geniş tərkibli Təşkilat Komitəsi yaratması ölkə başçısının bütövlükdə idmanın, o cümlədən velosiped idmanının inkişafına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir.

Daha sonra o geniş təqdimatla çıxış edərək, dünya çempionatına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib və bu işləri əks etdirən videoçarxı iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, dünya çempionatında iştirakla bağlı müraciət edən ölkələrin sayı gündən-günə artmaqdadır. Mötəbər yarışın keçiriləcəyi BMX Stadionunda aparılmış yenidənqurma işlərindən sonra ötən ilin oktyabr ayında təşkil olunan Dünya Sınaq Yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatının qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.

Daha sonra dünya çempionatının keçirilməsi ilə bağlı tədbirlər planı bənd-bənd müzakirə olunub və ortaya çıxan suallar cavanlandırılıb. Məlumat verilib ki, artıq iştirakçı ölkə nümayəndələri tərəfindən Bakı şəhərində yerləşən otellərin çoxuna sifarişlər daxil olub. Yarışa gələcək iştirakçıların və qonaqların təhlükəsizliklərinin təmin olunması üçün lazımi tədbirlər görülür. Bundan başqa, xarici qonaqları Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxi ilə tanış etmək üçün konkret tədbirlər də hazırlanıb.


SON XƏBƏRLƏR