Ramin Quluzadəyə əlavə səlahiyyətlər verildi - Nazirliyin yeni sturkturları təsdiqləndi + Fərman

img

12-01-2018 [20:28]


Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu təsdiqlənib.

Mia.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Bunlar aşağıdakılardır:

1. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı (şöbələr və sektorlar).

2. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti.

3. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi.

4. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi.

5. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti.

6. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu.


Digər xəbərlər
SON XƏBƏRLƏR