"Sərhədsiz Reportyorlar" jurnalistin həbsini pislədi - Bəyanat

img

12-01-2018 [19:58]


"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatı jurnalist Əfqan Muxtarlının 6 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmü qəti şəkildə pisləyib.

Təşkilatın bəyanatında məhkəmə prosesi qeyri-obyektiv, irəli sürülmüş ittihamlar isə əsassız və saxta adlandırılır.

Təşkilatın fikrincə, bu hökm, digər məqsədlərlə yanaşı, jurnalistin həmkarlarını qorxutmaq məqsədi daşıyır.

"Bu hökm Əfqanın mühacirətdə olan həmkarlarına dəhşətli siqnaldır. Yalnız beynəlxalq ictimaiyyətin çox sərt mövqeyi onları bu cür cəzalardan qoruya bilər", deyə bəyanatda qeyd edilir.

Xatırladaq ki, Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə Gürcüstanın polis əməkdaşları tərəfindən oğurlanıb və Azərbaycan hakimiyyətinə təhvil verilib. Bu zaman onun cibinə 10 min avro qoyublar və onu sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham ediblər/Turan.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR