Mədət Quliyev direktora mükafat verdi

img

12-01-2018 [11:58]


"Milli Qəhrəman Mədət Quliyevdən mukafat almaq şərəfdir”.

Mia.az xəbər verir ki, bu sözləri rəhbərlik etdiyi kollektivin ötənilki uğurlarından danışan Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev deyib.

Əliqismət Lalayev qeyd edib ki, əməyə görə mükafatlar həmişə qürurvericidir: 

"Mən çox mükafatlara layiq görülmüşəm. Hər bir mükafatın taleyimdə özəl yeri var. Bu mükafat yaradıcı əməyimə verilən qiymət kimi hər dəfə mənə dünyaları bəxş edib. Ötən ilin sonunda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin imzası ilə DTX-nın Mədəniyyət Mərkəzində bədii yaradıcılığın inkişafına verdiyimiz töhvələrə və burada keçirilən tədbirlərin hazırlanmasında yaxından kömək göstərdiyimizə görə təqdim olunan "Fəxri fərman” isə mənə xüsusi sevinc gətirdi. Bu mükafatlar bizim kollektivin əməyinə verilən qiymət idi, həm də bu mükafatı Milli Qəhramanımız, yaradıcı insanlara həmişə böyük qayğı ilə yanaşan, teatrımızın tamaşalarına da böyük maraqla gələn Mədət Quliyev özü mənə təqdim etdi. Çox gözlənilməz oldu, amma, çox da böyük sevinc doğurdu, qürur duydum. Milli Qəhrəmandan mükafat qəbul etmək çox böyük şərəfdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR