Şriftin ölçüsü / 212 dəfə oxunub

"Jurnalistlər binası"nın qarşısında piyada keçidi inşa olunacaq - Açıqlama

11 Yanvar 2018 [19:35]
"Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli 1 nömrəli protokoluna əsasən aidiyyəti qurumlarla birgə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərində avtomobil yollarında piyadaların təhlükəsizliyinin təmin olunması üçün yüngül konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi zəruri olan yerləri müəyyənləşdirib. 

Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA-ya bildirib ki, müəyyənləşdirilən yerlər  2015-ci ildə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim olunub. 

Bakı şəhərində ilk olaraq 100-ə yaxın belə yer müəyyənləşdirilib: "2016-2017-ci illərdə Bakı şəhəri və ətraf yollar üzərində belə piyada keçidləri inşa olundu. Bu işlər bu il də davam etdiriləcək. Həmin yerlərin siyahısına Yeni Salyan şossesi 22 ("Jurnalist binaları"nın qarşısı) və Heydər Əliyev prospekti, 23-cü polis bölməsinin qarşısına düşən ərazi (Bağırov körpüsünün çıxışı istiqamət) də əlavə edilib. Artıq Heydər Əliyev prospektində yüngül konstruksiyalı yerüstü piyada keçidin tikintisi ilə bağlı layihə sənədlərinin hazırlanması işləri həyata keçirilir. Bu il ərzində, ən qısa zamanda yüngül konstruksiyalı yerüstü piyada keçidinin tikintisi başlanacaq".
 
Yeni Salyan şossesi 22 ünvanında da bu il ərzində yüngül konstruksiyalı yerüstü piyada keçidinin inşası planlaşdırılır.
 
O cümlədən, bu il Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsi (Şamaxinka adlanan ərazi), Yusif Səfərov küçəsində - "Azəriqaz” İstehsalat Birliyinin qarşısında, Mərdəkan-Zaqulba yolunda, köhnə "Mərdəkan Broyler”in yaxınlığında  və Qala-Pirallahı yolunda yaşayış məntəqələri olan sahədə yüngül konstruksiyalı yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulub.


SON XƏBƏRLƏR