"İrəli" İctimai Birliyinin sədri yeni vəzifə aldı - Mirhəsən Seyidov Karate Federasiyasının baş katibi oldu

img

11-01-2018 [11:38]


Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə yeni təyinat olub. 

AMKF-in prezidenti Yaşar Bəşirovun "Report"a verdiyi məlumata görə, məsul post "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidova həvalə olunub.

M.Seyidovun gəlişinədək baş katib vəzifəsində çalışmış Mir-Cabbar Seyidov isə bundan sonra məsul katib vəzifəsində çalışacaq. Yeni və əvvəlki baş katiblərin soyadları eyni olsa da, onların qohumluq əlaqələri yoxdur.

Qeyd edək ki, Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. O, 2014-cü il iyunun 27-də "İrəli” İctimai Birliyinin sədri, 2015-ci il mayın 29-da isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 il müddətinə Yayım Şurasının üzvü seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR