Şriftin ölçüsü / 257 dəfə oxunub

Sumqayıtda naməlum şəxslər qadına hücüm edibər - Hər iki qolu sındırılıb

11 Yanvar 2018 [10:31]
 Sumqayıt şəhərində naməlum şəxslər 30 yaşlı qadına hücüm edərək onu döyüb

Hadisə "Xəzər bağları" yaşayış massivində baş verib.

Belə ki, şəhər sakini Aytəkin Şakir qızı Əbdülrəhmanova yaşadığı "Xəzər bağları" yaşayış massivi ərazisində naməlum şəxslərin hücumuna məruz qalaraq döyülüb. A.Əbdülrəhmanova ağır kəllə beyin travması alıb, sol və sağ qol sümükləri sınıb.

Hadisədən sonra, qadın yaxlıqda olan insanların köməkliyi ilə, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır/Report.


SON XƏBƏRLƏR