Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb - SİYAHI

img

10-01-2018 [12:42]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı başa çatıb.

Dövlət Komitəsindən verilən məlumata görə, şura üzvlüyünə 14 nəfərin namizədliyi qeydiyyata alınıb.

1.Tələt Yusif oğlu Qəribov – "Sağlam Yaşa Gənclərin maarifləndirilməsi” İctimai Birliyinin sədr müavini;

2.Əkrəm Bəhram oğlu Həsənov – M.Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru;

3.Əli İttifaq oğlu Rzayev– Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində müəllim;

4.Nailə İsgəndər qızı Səfərova – Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri;

5.Nağı Alətdin oğlu Bədəlzadə – vətəndaş;

6.Nəriman Qasım oğlu Qasımzadə – Din və Demokratiya Mərkəzi İctimai Birliyinin sədri;

7.Əliməmməd Mali oğlu Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri;

8.Solmaz Baba qızı Əmirova – "Aydınlığa Doğru” İctimai Birliyinin sədri;

9.Sevinc Yadulla qızı Əzimbəyli – Yeni Üfüq İctimai Birliyinin sədri;

10.Rəna Rza qızı Mirzəzadə – Gender və İnsan Hüquqi Araşdırmalar Birliyinin sədri;

11.Asim Nazim oğlu Vəliyev – Gənclərin Töhfəsi İctimai Birliyinin sədri;

12.Nigar Kamil qızı Abdullayeva – "Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin sədri;

13.Hüseyn Qasım oğlu İbrahimov – Sosial-Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri;

14.Fəxrəddin Nazim oğlu Həsənzadə – Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin sədri.

DQİDK yanında İctimai Şuraya seçkilər isə yanvar ayının 29-da keçiriləcək.

Məlumat üçün bildirək ki, təmsilçilərinin səsvermədə iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR