09-01-2018 [11:29]
Zaman-zaman kütləvi informasiya vasitələrində təbii qazın verilişində fasilələr yaranması, yaxud təzyiqinin az olması ilə bağlı abonent şikayətləri yer alır. Bu dəfə isə məhz abonentlərin təbii qazdan istifadə zamanı yol verdiyi nöqsanlardan danışacağıq.
Belə ki, əhali və qeyri-əhali kateqoriyasından olan abonentlər bir sıra hallarda qaz cihazları, xüsusilə də qaz sayğacları ilə düzgün davranmır, dövlət yoxlamasından keçmiş, müvafiq qaydada quraşdırılmış və plomblanmış qaz sayğaclarına müdaxilə edirlər. Səbəb xüsusilə istiliyə tələbatın artdığı qış aylarında daha çox təbii qaz müqabilində daha az ödəniş etməkdir. Bu kimi hallara qarşı "Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşları mütəmadi reydlər keçirir.
Daha çox müdaxilə edilən sayğaclarınSabunçu və Xəzər rayonuərazisində aşkarlandığı bildirilir.
- Sayğac düzgün işləmədikdə (sayğacdan qaz keçmədikdə, aşağı sərfiyyatı qeyd etmədikdə, hesablama mexanizmi dayandıqda, elektron hissəsi işləmədikdə, işlək vəziyyətdə müəyyən səslər gəldikdə) növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün;
- Mənzil daxilində və ya həyətlərdə quraşdırılmış sayğaclar kənara çıxarıldıqda;
- Sayğaclar yeni müasir tipli sayğaclarla əvəz edildikdə;
- Sayğac faktiki sərfiyata uyğun olmadıqda;
- Sayğacın növbəti dövlət yoxlamasının vaxtı çatdıqda;
- Sayğacın birləşməsində sızma aşkar olunduqda.
Sayğaclar xətdən açıldıqdan sonra "İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə” göndərilir. Dövlət yoxlamasına gətirilən sayğacın, qəbul edilərkən göstəricisi və plombların nömrəsi siyahıda göstərilən rəqəmlərə uyğun olmadıqda xüsusi qeydiyyat aparılır və "İnformasiya Texnologiyaları və Rabitə İdarəsi” tərəfindən "Azəriqaz” İstehsalat Birliyinə məlumat verilir.Aktların (bildirişlər və rəylər) müvafiq tədbirlər görülməsi, sayğacın bərpası və dəymiş ziyanın ödənilməsi məqsədi ilə istehlakçıya rəsmi məlumat təqdim edilir. Abonent müdaxilə edilmiş və ya onun təqsiri nəticəsində sıradan çıxmış sayğaca görə dəymiş zərərin ödənilməsini təmin etməlidir. Yəni sayğacın dəyərini (bütün xərclər daxil olmaqla) "Azəriqaz” İstehsalat Birliyininhesabına ödəməlidir. Dəymiş zərər "Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilmədikdə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” nömrəli "AKT” tərtib edilərək, quraşdırılmış sayğac çıxarılır və həmin mənzilin qaz təminatı müvafiq qaydada dayandırılır.
"Belə hal aşkarlanıqda nöqsanlı sayğac yenisilə əvəzlənir ki, həmin müddətdə abonent qazsız qalmır. Sayğac dövlət yoxlamasından keçirilməsi üçün göndərilir. Nöqsan aşkarlanmış köhnə sayğac yoxlamadan keçirildikdən sonra rəy gəlir. Dövlət yoxlamasından zavod istehsalı qüsur rəyi gəlirsə, abonentdən heç bir məbləğ tələb olunmur. Əgər rəydə sayğaca müdaxilə edildiyi aşkarlanıbsa, o zaman sərfiyyat əsas götürülərək, həm itirilmiş təbii qazın, həm də sayğacın dəyəri hesablanır.
"Hazırda "İTRON” firmasının istehsalı olan G4 smartkart tipli (əvvəldən ödənişli) qaz sayğacı 220 manat 54 qəpik, həmin firmanın istehsalı olan mexaniki sayğac 99 manat 47 qəpikdir”.
"Sayğaca müdaxilə qeydə alındıqda dərhal dövlət yoxlamasına göndərilir. Yoxlamadan rəy gəldikdən sonra müvafiq tədbir görülür. Sayğaca müdaxiləyə görə hər hansı cəza nəzərdə tutulmur. Bu zaman dövlət əmlakına dəymiş zərər və sərf olunan qazın məbləği ödənilir. Sayğacın klapan hissəsinin deşilməsi, göstəricisinin sıradan çıxarılması, sayğacdan kənar təbii qazdan istifadə halları daha çoxdur. Bu istiqamətdə tərəfimizdən mütəmadi olaraq reydlər keçirilir”.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO