Şriftin ölçüsü / 485 dəfə oxunub

Bu şərt nəzərə alınacaq - Vəzifə istəyənlərin nəzərinə!

08 Yanvar 2018 [22:40]

Peşə təhsili müəssisələrində çalışan işçilərin innovasiya və sahibkarlıq fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınacaq.

Mia.az-ın trend-ə istinadən məlumatına görə, bu, yeni hazırlanan "Peşə təhsili haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, peşə təhsili müəssisələrinin maliyyələşdirilmə yollarından biri də onların innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdir.

Peşə təhsili müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə peşə təhsili sisteminin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir. Peşə təhsili müəssisəsinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək, yeni təlim texnologiyaları tətbiq etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.



SON XƏBƏRLƏR