Fazil Məmmədovun qudası olan nazir müavininin istefa xəbəri yayıldı

img

08-01-2018 [11:06]


Vergilər nazirinin müavini Namiq Əliyevin istefa ərizəsi yadığına dair məlumat yayılıb. Son günlər nazir müavininin iş yerinə gəldiyini görənlər olmayıb.

Qeyd edilir ki, Namiq Əliyev ötən həftə kabinetindəki əşyalarını toplayaraq, nazirlikdən ayrılıb. Onun istefasının hələ ki rəsmiləşmədiyi, ancaq yerinə tezliklə yeni təyinat olacağı bildirilir.

Vergilər Nazirliyindəndən məsələyə münasibət öyrənmək mümkün olmadı...

Namiq Əliyev 2004-cüilin fevralından vergilər nazirinin müavini işləyir. Onun sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadr olduğu, onları qudalıq əlaqələrinin bağladığı söylənilir/modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR