Sumqayıtda satış müdiri işçisi tərəfindən bıçaqlandı

img

08-01-2018 [10:11]


Sumqayıt şəhərində satış müdiri işçisi tərəfindən bıçaqlanıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Sülh küçəsində baş verib.

Məlumata görə, firmaların birində satış müdiri işləyən, Corat qəsəbə sakini, 30 yaşlı Rauf Rafiq oğluHeybətovuişçisi,25 yaşlı Mübariz Məmmədovlaaralarında firmaya məxsus avtomobildəmübahisə yaranıb. Mübahisə zamanı M.Məmmədovsatış müdirinə arxadan bir neçə bıçaq zərbəsi vurub.

R.Heybətov baş, boyun və üz nayihələrindən ağır bıçaq yarası alıb. Sürücü yaralını dərhalSumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb.Əməliyyat olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə Mübariz Məmmədovunsatış müdiriRauf Heybətovdan xəbərsiz məhsulları oğurlayaraq satması və dəymiş ziyanı geri qaytarmaq istəməməsi səbəbindən baş verib. Hadisəni törədən şəxs saxlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR