MMP-də rayon təşkilat rəhbərləri ilə görüş

img

06-01-2018 [10:49]


Müasir Müsavat Partiyasında rayon təşkilat rəhbərləri ilə görüş keçirilib.

Belə görüşlərdən biri partiyanın Şəki rayon təşkilat sədri və bir neçə üzvü ilə olub. MMP-nin İdeoloji sahə və mətbuat məsələləri üzrə sədr müavini Könül Vaqifqızı Şəki rayon təşkilatının yeni sədri Mübarək Lətifovaya və təşkilata yeni üzv olmuş şəxslərə üzvlük vəsiqələrini təqdim edib. Eyni zamanda təşkilatın Şəkidə olan digər üzvlərinin vəsiqələri Mübarək Lətifovaya təqdim olunub.

Mübarək Lətifova bildirib ki, MMP-nin Şəki rayon təşkilatında partiyanın sədri Hafiz Hacıyevin siyasi xəttini dəstəkləyən xeyli sayda üzvləri var: "Üzvlərimizin sayı hər gün bir az artır. Təbliğat-təşviqat işlərimiz yüksək səviyyədədir”.

Könül Vaqifqızı partiyanın Şəki rayon təşkilatının yeni sədrini və təşkilata yeni üzv olanları təbrik edib, onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, MMP-nin hər bir rayon təşkilat sədrləri partiyanın sədri Hafiz Hacıyev kimi mübariz olsalar, dövlətçiliyin təssübünü çəksələr, məmur özbaşınalıqlarına göz yummasalar siyasi fəaliyyətlərinin müsbət nəticəsini görəcəklər.
versus




Digər xəbərlər
SON XƏBƏRLƏR