Aydın Əliyev buna görə gömrük əməkdaşını vəzifəsindən kənarlaşdırdı - VİDEO

img

05-01-2018 [14:44]


Dövlət Gömrük Komitəsibu gün bəzi internet portallarında gömrük postlarından birində çəkilən video ilə bağlı açıqlama yayıb.

Dövlət Gömrük Komitəsindən Mia.az-a verilən məlumata görə, bu gün internet portallarının birində "Aydın Əliyevin işçisinin görünməmiş vəhşiliyi" adı altında gömrük əməkdaşının sərhədi keçmək istəyən insanlarla kobud rəftarını əks etdirən video yayımlanıb.

"Videonun 3 cümlədən və müəllifinin adı, soyadı da daxil olmaqla 60 kəlmədən ibarət olan açıqlamasında isə hadisənin baş verdiyi yer, vaxt, gömrükçünün kimliyi, qarşı tərəfin mövqeyi, rəsmi açıqlama, bir sözlə xəbərin əsas hissələrindən əsər-əlamət yoxdur. Sadəcə videoyazının yeni il öncəsi qeydə alındığı bildirilir. Üstəlik, bəzi internet resursları da xəbərdə faktların olmamasına baxmayaraq həmin məlumatı tirajlamaqla məşğuldur.Dövlət Gömrük Komitəsivideonu yayan və dəqiqləşdirmədən dərc edən qurum və şəxslərin diqqətinə çatdırır ki, bu hadisə 2016-cı ilin noyabr ayında baş verib və hadisədən dərhal sonra gömrük əməkdaşı gömrük orqanlarından xaric olunub. Üstəlik, bu barədə ölkənin aparıcı kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin rəsmi mövqeyi də daxil olmaqla ətraflı məlumat yayılıb”, - deyə məlumatda vurğulanıb.

Məlumatda deyilir ki, təqribən 14 ay əvvəl baş verən hadisənin yeni kimi təqdim olunması təəssüf doğurur: "Əsas işi xəbər olan media qurumları həm də yaydıqları xəbərlərin, məlumatların doğruluğu, qərəzsizliyinə də birbaşa məsuliyyət daşıyır. Görünür, bəziləri üçün bu meyarlar o qədər də əhəmiyyət daşımır. Əks halda xəbərin dəqiqliyini yoxlamaq üçün qarşı tərəfin mövqeyini öyrənməyə cəhd göstərərdilər. Bu isə o deməkdir ki, məlumatı yayan xəbər portalı ya bunu sifarişlə həyata keçirir, ya da hansısa jurnalist internetdə qarşısına çıxan videonu işlədiyi qurumun rəhbərinə bilərəkdən və ya bilməyərəkdən yeni kimi təqdim edir, onlar qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac görmədən birlikdə cəmiyyəti aldadırlar”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR