Horadiz əməliyyatının növbəti ildönümü anılacaq

img

05-01-2018 [00:52]


Hər il olduğu kimi, bu il də 2018-cı il yanvarın 5-i saat 15-də "Şəhidlər Xiyabanı”nda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ savaşı tarixində ən uğurlu hücum əməliyyatlarından biri olmuş Horadiz əməliyyatının növbəti ildönümü anılacaq.

Mia.az xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov məlumat verib. O müraciətindən bunları qeyd edib: 

"Əziz döyüşçü qardaşlarımız, Horadiz əməliyyatına aidiyyatı olan bütün şəxslər - sıravi əsgərdən tutmuş general və polkovniklərə kimi, özlərini o Tarixi günlərə aidiyyatı olan sayan hər bir kəs dəvətlidir. Biz sadəcə bu ənənəvi görüşün təşkilatçılığını həyata keçiririk. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq demək istəyirik ki, həmin möhtəşəm tarixi yazan təkcə Müdafiə Nazirliyinin motoatıcı döyüş briqadasının şəxsi heyəti deyil, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, həmçinin digər adlarını qeyd etmədiyimiz qurumların qəhrəman oğul və qızları olublar. Məhz onların misilsiz xidmətləri sayəsində 23 yaşayış məntəqəmizi erməni-rus işğalından azad etmişik.

Fəxr edirik ki, biz bu şanlı tarixi yazmağı bacaranlarıq və Füzuli döyüş briqadasının komandiri, iki dəfə "Azərbaycan Bayrağı” ordeni mükafatı ilə təltif edilmiş ehtiyatda olan polkovnik Şair Ramaldanov başda olmaqla yuxarıda qeyd olunan tarixdə şəxsi heyətlə növbəti görüşə dəvət edirik.

Siz burada o rəşadətli Qələbəni, tarixi uğuru Azərbaycan xalqına bəxş etmiş briqadanın əsgər, çavuş, gizir və zabitləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəksiniz. Bu görüşün əsas məqsədi həmən döyüşlər zamanı qəhrəmancasına həlak olan döyüşçü dostlarımızın məzarını ziyarət etmək, eyni zamanda Qarabağ savaşının ilk günündən son vaxtlara kimi canlarından keçmiş bütün qardaş və bacılarımızın əziz ruhuna dərin ehtiramımızı, hörmətimizi ifadə etməkdir. Ona görə də, çox xahiş edirik ki, yuxarıda göstərilən tarixdə Şəhidlər Xiyabanına gəlin və birgə anım mərasimində iştirak edək.

Əlaqə telefonları: 1. (050) 312 11 52. Komandir Şair Ramaldanov.
2. (050) 355 34 70-şəxsi heyətlə iş üzrə müavin Üzeyir Cəfərov.



Digər xəbərlər
SON XƏBƏRLƏR