Şriftin ölçüsü / 216 dəfə oxunub

Ağ Ev İrandakı hadisələri “xalq üsyanı” adlandırıb

03 Yanvar 2018 [11:11]
Ağ Evin mətbuat katibi Sara Sanders İrandakı etirazları "xalq üsyanı” adlandırıb.

S.Sanders Vaşinqtonun İran xalqını dəstəklədiyini bildirərək, rəsmi Tehranı fundamental insan haqlarına hörmətlə yanaşmağa çağırıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bundan əvvəl Vaşinqtonun BMT TŞ-in təcili iclasını çağırmaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, İranda dekabrın 28-dən davam edən kütləvi etirazlar zamanı 450-dək insanın saxlandığı, 20-dək şəxsin öldüyü bildirilir/apa.



SON XƏBƏRLƏR