İtkin düşən alpinistlərin axtarışı ilə bağlı SON MƏLUMAT

img

31-12-2017 [19:16]


İtkin düşən alpinistlərin axtarışı bayram günləri də aparılacaq. 

Mia.az xəbər verir ki, axtarışlara cəlb olunan könüllülərdən birinin "Report"a verdiyi məlumata görə, bu gün də dövlət qurumlarının xilasetmə dəstələri dağlarda axtarış işlərini davam etdirib: "Bu gün də, sabah da, bütün bayram günlərində də dağlarda axtarışlar davam etdiriləcək.

Amma təəssüf ki, axtarışlara gəlmiş könüllülərin çoxu artıq dağları tərk edib gediblər. 3-4 nəfər könüllü qalıb, digərlərinin hamısı dövlət qurumlarının nümayəndələridir. Belə çıxır ki, könüllülərin təəssübkeşliyi reklam xarakteri daşıyırmış". Məlumata görə, bu gün, 31-i günü orada 50-dək xilasedici var.

Onların əksəriyyəti ekologiya nazirliyinin işçiləri, dağlarla tanışlığı olan geologiya, hidtometeorologiya idarəsinin qarölçmə ekspedisiyasının xidmətlərində çalışanlardır, düşərgə salıblar, qrup-qrup axtarışları davam etdirirlər. Xilasedicinin sözlərinə görə, Fövqəladə hallar nazirliyinin xilasediciləri də ordadır. Fövqəladə hallar nazirliyinin helikopteri axtarış üşün havaya qalxsa da, küləkli hava şəraiti uçuşa imkan verməyib. Axtarışlar davam etdirili

Digər xəbərlər
SON XƏBƏRLƏR