İranda etiraz aksiyaları üç gündür davam edir

img

31-12-2017 [14:24]


İranda artıq üçüncü gündür etiraz aksiyaları davam edir.

Mia.az-ın "Report"-a istinadən xəbər verir ki, aksiyalar əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrilib.

Birinci nümayiş dekabrın 28-də Məşhəd şəhərində keçirilib. Ardınca aksiya Tehran, İsfahan, Yəzd və ölkənin digər iri şəhərlərini əhatə edib. Ardıcıl çıxışlar polis ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə onlarla insan saxlanılıb.

KİV-in məlumatına görə, iki nümayişçi güllələnib.


Digər xəbərlər
SON XƏBƏRLƏR