Partiya sədri xalqı təbrik etdi

img

30-12-2017 [13:13]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir: 

"Əziz xalqım, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Mən bütün dünya azərbaycanlılarını səmimi qəlbdən salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Hər zaman həmrəy olmağı bacaraq, Vətənimiz və Dövlətimiz Azərbaycanı qoruyaq. 

Əziz bacılar və qardaşlar, mən sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ümid edirəm ki, bütün problemlər, çatəşmazlıqlar 2017-də qalacaq. 2018-ci il hər birimizə işıqlı və parlaq gələcəyin başlanğıcı olsun.

Bayramınız mübarək olsun!"



Digər xəbərlər
SON XƏBƏRLƏR