Nazirlik alpinistlərin axtarışı ilə bağlı məlumat YAYDI

img

29-12-2017 [19:16]


Fövqəladə Hallar Nazirliyi Qubada dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışı ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, qurumdan verilən məlumata görə. alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bildirilir ki, bu gün aparılan axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edirdi. Sabah axtarış işləri davam etdiriləcək.

Əlavə məlumat veriləcək.​


Digər xəbərlər
SON XƏBƏRLƏR